Bakı Şəhəri üzrə Təhsil İdarəsində “kodlaşdırılmış elektron laborant fırıldağı”













Ceyhun Bayramova xəyanət edən qruplaşma kimlərin təsiri altında fəaliyyət göstərir?

Azərbaycan təhsil sistemini müasir dünya standartlarına uyğun səviyyəyə çatdırmaq üçün son illər ərzində xeyli işlər görülüb, çoxsaylı proqramlar qəbul edilib. Xüsusilə bu sahədə acınacaqlı həddə çatan korrupsiya və rüşvətxorluğa son qoymaq üçün əməli addımlar atılıb. Təbii ki, hələ də vəziyyət ideal səviyyədə deyil. Çünki, öz asan qazanc mənbəyini itirmək istəməyən korrupsiyalaşmış məmurlar hər vasitə ilə antikorrusiya tədbirlərinə qarşı çıxır, imkan daxilində öz fəaliyyətlərini davam etdirirlər.

Son illər ərzində müəllimlərin, eləcə də direktorların imtahan yolu ilə işə qəbulu həyata keçirilir. Etiraf etmək lazımdır ki, bu üsulun tətbiqindən sonra korrupsiya və rüşvətxorluğa əməlli-başlı zərbə vurulub. Amma, təəssüf ki, bu zərbə hələ də ölümcül hesab oluna bilməz. Bunu elə-belə demədik, indi səbəbini deyəcəyik siz də biləcəksiniz.

Rubrika.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə müsabiqələr elan edilmişdi. İmtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunub.

Bildirilir ki, müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb. Onlardan 91-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.
Rubrika.az saytına verilən məlumata görə işə qəbulla bağlı keçirilən imtahanların üzdə olan bu hissəsindən sonra prosesin görünməyən hissələri başlanır. Belə ki, saytımıza daxil olan informasiyaya görə əslində işə qəbul prosesinin şəffaflığının təmin olunması üçün keçirilən imtahanlar formal xarakter daşımış, əvəzində yenə də direktorlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kadrlar şöbəsi öz prinsipləri üzrə hərəkət etmişlər. Elə düşünməyin ki, imtahanlar keçirilməyib. Əsla, imtahanlar da keçirilib, nəzarətçilər də olub. Hətta imtahan suallarını cavablandırıb həyacanla nəticələrin elan olunmasını gözləyənlər də olub. Amma, laborant vəzifələrinə heç də həyacan keçirənlər yox, soyuqqanlı şəkildə prosesin sonunu gözləyənlər qəbul ediliblər.

“Centlmen razılaşması”

Rubrika.az saytına verilən məlumata görə, bu dəfə də direktorlarla BŞTİ arasında olan “centlmen razılaşması” öz rolunu oynayıb. Belə ki, məktəb direktorları işə qəbul etmək istədikləri laborantların imtahan kodlarını əvvəlcədən BŞTİ-yə təqdim etmiş, nəticədə həmin şəxslər də imtahandan “yüksək bal toplayaraq” işə qəbul olunublar. Müxtəsəri, imtahanlar sırf formal xarakter daşımış, laborantlar heç də imtahan yolu ilə deyil, “laborator qaydada” qəbul ediliblər.

Məlumata görə bu prosesi həyata keçirənlərin maraqları təkcə maddi baxımdan yekunlaşmır. Onlar bu yolla Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramova xəyanət edərək görülən işlərə kölgə salırlar. BŞTİ-də kimlərinsə təsiri altında Ceyhun Bayramova xəyanət edən qruplaşma haqqında əlimizdə kifayət qədər məlumatlar var. Yaxın günlərdə onlar haqqında ətraflı məlumat verəcəyik.


Oxunub: 654

Son xəbərlər

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

D vitamini çatışmazlığının gözlənilməz əlaməti

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? - 3 milyonluq kredit mübahisəsi...

Siciliya Adalarında istirahətə yolanan təhsil rəhbərləri kimlərdir? ARAŞDIRMA

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Yemək büdcəmizi “yeyir”

“Qazprom” təsdiqlədi: Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir

Bu ölkədə beş əsgərin ölümündən sonra hərbi təlimlər dayandırılıb

Qəhvə içmək bağırsaq xərçənginə yoluxma riskini azaldır — ARAŞDIRMA

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq — RƏSMİ

Qalada qanunsuz tikililər söküldü - FOTO // VİDEO

Əhməd təcridxanaya qaytarıldı

Parklanmadan daxilolmalar xərcləri qarşılamır - AYNA-dan AÇIQLAMA

Rusiya sanksiyalara görə Çin, Türkiyə və BƏƏ-dən neftin pulunu ala bilmir

Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər (VİDEO)

Bütün xəbərlər