Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu

26-07-2021, 12:48

Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu

DogruXeber.az: - Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "AFFA" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adı çəkilən şadlıq sarayının icarədarı R.Məmmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarı 4000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Kolanı, Talış, Meyniman və İkinci Udulu kəndlərində dörd fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində də müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi aşkarlanıb.

Həmin toy məclislərinin sahibləri ilə izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu

Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu

Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram