Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Hər şey Azərbaycanın ərazi bütövlüyünü tanımağa doğru gedir” - Ermənistan KİV

26-07-2021, 15:18

“Hər şey Azərbaycanın ərazi bütövlüyünü tanımağa doğru gedir” - Ermənistan KİV

“Bəli, hər şey ona doğru gedir ki, biz yaxın günlərdə iqtidarımız tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması xəbərini eşidəcəyik”.

DogruXeber.az Ovqat.com-a istinadən xəbər verir ki,”Armenianreport” nəşri belə yazır.

Nəşrin müəllifi Qraçya Qalustyanın “Hakimiyyət qorxduğunu etiraf etdi” sərlövhəli yazısında öz iddiasını belə əsaslandırır:

“Son hadisələrin bütün zənciri bu barədə danışır. Paşinyanın Moskvaya səfərindən, ardınca İlham Əliyevin Rusiyanın paytaxtına getməsindən, görüş zamanı Putinin dediklərindən, nəhayət, Əliyevin son müsahibəsindən və “düşmən tərəfinin yeni təxribatları”ndan bu aydın sezilir. Mariya Zaxarovanın çıxışı da çox şeyi izah edir. Orada bizim praktiki olaraq hökmdara çevrilmiş ölkə rəhbərimizə ultimatumlar ünvanlanır.

“Biz əminik ki, davamlı deeskalasiya yalnız Ermənistan və Azərbaycan arasındakı sərhədin delimitasiyası və daha sonra isə demarkasiya işlərinə dərhal başlanılması ilə təmin edilə bilər”, - deyə o qeyd edib. Bu, tam da Əliyevin arzuladığı, Paşinyanın isə qaçmaqda çətinlik çəkdiyi bir şeydir. Bəli, o, bütün bunları təxirə salmağa çalışır, ancaq artıq yaman dalana dirənib.

Bunu dərk edərək, xalqın qəzəbindən çəkinir. Odur ki, hətta Tavuş vilayətinə və doğma İcevana yüzlərlə polisin müşayiəti ilə getdiyi heç kəsi təəccübləndirməsin. Bu, hakimiyyətin yeni cinayətlərə, kapitulyasiyaya və bütün bunlara görə bədəl ödəməyə hazır olduğunun etirafıdır. Bu, qırmızı xətlər keçildiyi zaman xalqımızın xainlərə qarşı amansız, sərt və ədalətli mühakiməyə başlaya biləcəyinin xofudur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram