Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hacıqabulda yerləşən "Qədir Xum" restoranı 4000 manat cərimə olundu

26-07-2021, 16:00

Hacıqabulda yerləşən "Qədir Xum" restoranı 4000 manat cərimə olundu

DogruXeber.az: - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Qədir Xum" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Məlum olub ki, adı çəkilən restoranın inzibatçısı E.Şəmsədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək 100 nəfər qonağın iştirak etdiyi məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı restoranın inzibatçısı 4000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Abdulabad, Ağacanlı, Atbulaq, Qarasu və Talış kəndlərində də beş fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi aşkarlanıb.
Həmin toy məclislərinin sahibləri də inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Hacıqabulda yerləşən "Qədir Xum" restoranı 4000 manat cərimə olundu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram