Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq - Diqqət!

26-07-2021, 17:50

Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq - Diqqət!

Bərbərxana və gözəllik salonlarına giriş üçün müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.

DogruXeber.az Trend xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən əsasən sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Bu qərar bərbərxana və gözəllik salonlarına aid deyil. Yəni, bu obyektlərə daxil olan müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.

Qeyd edək ki, ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

Qərar əsasən isə bərbərxana və gözəllik salonlarında çalışan şəxslərin 1 sentyabrdan azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram