Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? - AÇIQLAMA

26-07-2021, 19:26

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? - AÇIQLAMA

DogruXeber: - Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram