Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır..." - GİLEY

27-07-2021, 11:29

"11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır..." - GİLEY

DogruXeber.az: - “Oğlum bu ölkənin bütövlüyü, torpağın azad olunması uğrunda döyüşüb, ağır yaralanıb, müalicələri nəticə verməyib, elə müalicələr ala-ala həyatdan köçüb. Ona şəhidlik statusu verilib, ancaq 11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır. Məhkəməyə müraciət edib, oğumun şəhidlik statusunu ləğv etdirib. Həyat yoldaşım məhkəmə yollarında qaldı, axırda ürəyi tab gətirmədi, onu da itirdik”.

Gəncə sakini Qaratel Rəhimova danışır bunları... Qaratel xanımın oğlu Yusif Rəhimov 1991-ci ildə - 19 yaşında Gəncə Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 3 il Qarabağ və ətraf rayonlarında döyüşüb. 1994-cü ildə Füzulinin Yuxarı Seyidəhmədli kəndində güllə yarası alıb. Uzun illər müalicə alsa da, faydası olmayıb. Nəticədə psixi durumu da pozulub. 1998-ci ildə vəfat edib. Yusifin ailəsi 1999-cu ildə Kəpəz Rayon Məhkəməsinə müraciət edəndən sonra ona şəhid statusu verilib. 10 il sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib. Qurum məhkəmədən 1999-cu il tarixli həmin qətnamədən apelyasiya şikayəti müddətinin ötürülməsinin üzrlü hesab olunmasını xahiş edib. Ərizə təmin olunub, bundan sonra qurum apelyasiya şikayəti ilə müraciət edərək Yusif Rəhimovun şəhidlik statusunun ləğv edilməsini istəyib. Nazirlik belə əsaslandırıb ki, Yusif Rəhimovun ölümü güllə yarasından deyil, müalicəsi ilə bağlıdır. Döyüş meydanında həlak olmayıb, aldığı yaradan sonradan öldüyü üçün şəhid sayıla bilməz. Nazirliyin apelyasiya şikayəti təmin edilib, Yusif Rəhimova 10 il əvvəl verilmiş şəhidlik statusu ləğv olunub. Buna dözməyən ata İsa Rəhimov az sonra ürək tutmasından vəfat edib.

“Həyat yoldaşım haqsızlığa dözmədi”

Qaratel Rəhimova danışır:

“Oğlum Yusif 19 yaşından odun-alovun içində oldu, 3 ildən sonra yaralı gəldi, həyatdan köçəndə vur-tut 26 yaşı vardı. Ölən günədək həyatı xəstəxana divarları arasında keçdi, başı-beyni pozuldu, axırda şəhid adını da çox gördülər balama... Bir valideyn olaraq balamızın xoş gününü görmədik, ölənədək ağrı-acı çəkdi gözlərimizin qarşısında... 3 il ən qaynar nöqtələrdə döyüş, yaralan, illərlə yataqda ağrı-acı çək, gənc yaşında dünyadan köç, ölümündən 10 il sonra ruhunu belə incitsinlər... Onun şəhidlik statusu ləğv ediləndən sonra həyat yoldaşım haqsızlığa dözmədi, ürəyi partdadı”.

Bitməyən məhkəmələr...

Qaratel Rəhimova 2020-ci ildə məhkəməyə müraciət edib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı şəhidlik statusu barədə arayışın verilməsinə dair iddia qaldırıb. Məhkəmə hələ 10 il əvvəl Yusif Rəhimovun şəhidlik statusunun ləğv edildiyini əsas gətirərək iddianı təmin etməyib. Bu iş üzrə apelyasişa şiikayəti də təmin olunmayıb.

Qaratel Rəhimova danışır:

“Bir halda ki, bu torpağa görə cavan canını ortaya qoymuş övladımın ruhu incidilir, ona şəhidlik adı çox görülür, mən də bu torpağın vətəndaşlığından imtina edəcəm”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şöbəsindən bildirilib ki, həmin vaxt məhkəmədə qurumu pensiya siyasəti şöbəsinin müdir müavini Ürfət Mürşüdov təmsil edib. Məhkəmənin üzərindən 12 il keçib və işlə tanış olmaq üçün arxivə müraciət etmək lazımdır.

"11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır..." - GİLEY

"11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır..." - GİLEY

"11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır..." - GİLEY






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram