Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rus “sülhməramlı”larının suverenliyimizi heçə sayan növbəti təxribatı üzə çıxdı - FAKT BUDUR!

27-07-2021, 14:22

Rus “sülhməramlı”larının suverenliyimizi heçə sayan növbəti təxribatı üzə çıxdı - FAKT BUDUR!

Rus “sülhməramlı”larının suverenliyimizi heçə sayan növbəti əməli üzə çıxdı

Dünən saat 22:26 radələrində Qarabağın işğaldan azad olunacağı günü gözləyən ərazisinin şimalında yerləşən mühafizə postlarından birində insident baş varib.

DogruXeber.az Ovqat.com-a istinadən xəbər verir ki, postda dayanan erməni terrorçusu ölümcül yaralanıb.

Məlumatı “DQR” adlı qondarma rejimin “müdafiə ordusu”nun mətbuat katibliyi yayıb. Verilən son informasiyalara görə, “terrorçu” artıq keçinib.

Məlumatda öldürülən erməni silahlısının 2002-ci il doğumlu Sarkis Jirayroviç Qriqoryan olduğu bildirilir. Onun kim tərəfindən vurulduğu haqqında heç bir bilgi yoxdur. Mümkündür ki, insident erməni terrorçularının daxili hesablaşmasının nəticəsidir. Hər halda məlumatdan bu nəticə çıxır. “Hazırda hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün istintaq aparılır”, - “Artsax müdafiə ordusu”nun məlumatında belə deyilir.

Qondarma istintaqın hansı nəticəyə gələcəyi bəlli olmasa da, bu məlumat Ermənistan tərəfinin 10 noyabr Bəyanatının tələblərinə məhəl qoymadığının növbəti sübutudur. Belə ki, Bəyanatın 4-cü bəndində açıq şəkildə göstərilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Bənddən də aydın olur ki, Rusiya “sülhməramlı”larının Qarabağda yerləşdirilməsi sırasında həmin ərazidə erməni silahlı qüvvəsi çıxarılmamalıdır.

Rəsmi Bakı Rusiyadan erməni terrorçusunun “müdafiə postu”nda nə iş gördüyünü aydın gətirməsini, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün Azərbaycan ərazisindən dərhal çıxmasını tələb etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram