Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Məmurların ailə üzvləri ölkədən böyük məbləğdə pul çıxarır - AÇIQLAMA

27-07-2021, 15:39

Məmurların ailə üzvləri ölkədən böyük məbləğdə pul çıxarır - AÇIQLAMA

DogruXeber.az: - Antalyanın (Türkiyə) Bodrum turizm regionunda “Villa Maçakızı” otelində dünya elitasının və yüksək təbəqə nümayəndələrinin iştirakı ilə keçirilən qala gecədə Azərbaycandan olan zənginlərin də iştirak etdiyi bildirilir. Qeyd olunur ki, həmin qala gecəyə biletin dəyəri minimum 25 min avrodur. Bəzi mənbələr iddia edirlər ki, “Villa Maçakızı”dəki qala gecədə Azərbaycandan iştirak edənlərin əksəriyyəti korrupsiya və rüşvətxorluqla böyük sərvət toplamış məmur-oliqarxların ailə üzvləri və onlara yaxın şəxslərdir. İddialara görə, həmin şəxslər vasitəsilə ölkədən böyük məbləğdə vəsait çıxarılır.

Sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev Reyting.az-a deyib ki, hazırda Azərbaycan zənginlərinin əksəriyyəti Bodrumdadır:

“Azərbaycan əslində möcüzələr ölkəsidir. Bodruma gedin, orada azərbaycanlıların çoxlu otelləri var. Dəqiq bildiyim otellərdən bəhs edirəm. Məsələn, “Donavilla” oteli azərbaycanlınındır. Daha doğrusu, bizdəki oliqarxlarındır”.

C. Nuriyevin sözlərinə görə, bəzi məmurlar Azərbaycandan oğurladığı böyük vəsaitləri müxtəlif ölkərə sərmayə şəkilində yatırırlar: “Belə şəxslərin bu dövlətə və millətə sədaqəti yoxdur. Onların yeganə sədaqəti puladır. Pul qarşılığında hər şeylərini satarlar. Çünki insan vicdanını satıbsa, deməli, onun üçün utanmalı heç nə qalmır”.

Həmin qala gecəyə biletin minimum 25 min avrodan başlandığına diqqət çəkən C. Nuriyev əlavə edib ki, bu məbləğ həmin şəxslər üçün qəpik-quruşdur: “Əslində 25 min avro onlar üçün böyük məbləğ deyil. Fikrimcə, bizim müvafiq orqanlar bu işlə məşğul olmalıdır. Daha vacibi, belə elit qala gecələrdə bizim zənginlərin hansı işi gördüyü, bizim əleyhimizə kampaniya aparıb-aparmadığı araşdırılmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram