Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Salyan toy məclisləri

27-07-2021, 20:01

 Salyan toy məclisləri

DDogruXeber.az: - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Asif" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Məlum olub ki, adı çəkilən restoranın sahibi A.Əhmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Kərimbəyli kənd sakini İ.Məmmədovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 90 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan hər iki qayda pozuntusu ilə inzibati qaydada tədbirlər görülüb.

 Salyan toy məclisləri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram