Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan və Ermənistan müdafiə nazirləri görüşür? - İDDİA

28-07-2021, 10:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri görüşür? - İDDİA

Azərbaycan, Rusiya və Ermənistan müdafiə nazirlərinin bu gün Moskvada görüşü gözlənilir.

DogruXeber.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası rəsmi mənbələrə istinadla məlumat yayıb.

Qeyd edək ki, 26 iyulda Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri əvəzi, müdafiə nazirinin birinci müavini Arşak Karapetyanla telefonla danışmışdı. Ötən gün isə A.Karapetyan S.Şoyqu ilə görüş üçün Moskvaya getmişdi.

Şoyqu ilə Karapetyan arasında ötən gün qapalı görüş keçirilib və müzakirənin detalları mediaya açıqlanmayıb.

Azərbaycan MN bugünkü görüşlə bağlı hər hansı rəsmi açıqlama yaymayıb.

Bu arada ermənilərin Kəlbəcər istiqamətində təxribatı davam edir. Səhər saatlarında erməni təxribatı nəticəsində Ordumuzun iki əsgəri yaralanıb. Ermənistan MN isə 3 əsgərinin məhv edildiyini, ikisinin yaralandığını rəsmən elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram