Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Vüqar Gülməmmədov Hesablama Palatasının əsas strateji hədəflərini açıqlayıb

28-07-2021, 18:04

Vüqar Gülməmmədov Hesablama Palatasının əsas strateji hədəflərini açıqlayıb

"Kadr potensialının gücləndirilməsi, İKT-nin geniş tətbiqi, hesabatların keyfiyyətinin artırılması, yeni audit metodlarının istifadə edilməsi Azərbaycan Hesablama Palatasının qarşısında duran əsas strateji hədəflərdir".

DogruXeber.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının Azərbaycanın da daxil olduğu yeni hesabatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, 2021-2025-ci illəri əhatə edən Strateji plan və bu planın reallaşdırılması üçün tədbirlər planı artıq hazırlanıb: "Qeyd edim ki, bu plan IDI-nın dəstəyi ilə aparılmış Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsində əsaslandırılıb. Bu istiqamətdə də fəaliyyətimiz uğurlu olub, IDI və xarici həmkarlarla təcrübə mübadiləsi gözəl nəticələrə gətirib çıxarıb".

"Bizim Dünya Bankı ilə məhsuldar, müvəffəqiyyətli əməkdasliğımız olub. Bu, CAPSAP çərçivəsində baş verib. Qeyd edim ki, Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni Qanunun ilkin layihəsi də birgə həyata keçirdiyimiz layihə çərçivəsinde hazırlanıb.

Eyni zamanda, 2012-2014-cü illəri əhatə edən layihə prosesində Hesablama Palatası performans auditinin təməlini mənimsəmiş, məhz həmin layihə çərçivəsində ilkin performans audit pilotlarını həyata keçirmişik və qazandığımız bacanqların daha da inkişaf etdirilməsi meqsedilə yeni qanun qəbul edilenadək hər il bu istiqamətda pilotlar icra etmişik", - deyə sədr bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram