Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Peyvənd və yoluxma müəmması: Kim kimi yoluxdura bilər? - GƏLİŞMƏ

28-07-2021, 18:08

Peyvənd və yoluxma müəmması: Kim kimi yoluxdura bilər? - GƏLİŞMƏ

DogruXeber.az: - Hazırda dünya ölkələrində koronavirusa qarşı peyvəndlənmə prosesi sürətlə davam etdirilir.

Mütəxəssislər bildirirlər ki, vaksinasiyadan keçən insanların virusa yoluxma ehtimalı olsa belə, onlar xəstəliyi daha yüngül keçirirlər. Buna səbəb isə peyvəndin orqanizmdə virusa qarşı immunitet yaratmasıdır.
Maraqlıdır ki, koronavirusa qarşı peyvəndlənən şəxslərin başqalarına virus yoluxdurmaq qabiliyyəti necədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov deyib ki, bu faiz yüksək olur:

“Vaksin olunan şəxs virusa yoluxarsa, onun başqalarına da yoluxdurmaq qabiliyyəti yüksək olur. Lakin yoluxan şəxsin o xəstəliyi necə keçirməsi orqanizmindən asılı olaraq dəyişir. Lakin təbii ki, burada istisnalar da var. Elə orqanizm var ki, immun sistemi güclüdür, vaksin olunan şəxs yoluxsa da immun sistemi güclü olan həmin şəxsi yoluxdurmaya bilər. Eləsi də var ki, immun sistemi zəifdir, vaksin olunan şəxs də, başqası da onu asanlıqla yoluxdura bilər.

Yəni bu xəstəlik hava-damcı infeksiyasıdır, yoluxdurma riski hər zaman var. Lakin bu da müşahidə edilən bir haldır ki, koronavirusa yoluxma vaksin olunanlarda daha yüngül keçir. Məsələn, belə şəxslərdə temperatur 1-2 gün olur, sonra keçir. Həmçinin, vaksinin ştammlara qarşı təsiri də son günlər danışılır. Düşünürəm ki, bütün vaksinlər bütün ştammlara qarşı eyni təsirdədir. Çünki ştammların hamısı koronavirusun törməsidir”.

Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev isə bildirib ki, vaksin olunan şəxsin yoluxacağı təqdirdə başqalarını da yoluxdurmaq qabiliyyəti orqanizmdən asılıdır:

“Bütün xəstəliklər hər bir insanda fərqli formada keçir. Burada immun sistemi məsələsi var. Ona görə də vaksin olunan şəxsin yoluxdurması və yoluxdurduğu şəxsin bu xəstəliyi hansı formada keçirməsi onun orqanizmindən, immun sistemindən asılıdır. Tibbdə 2+2=4 etmir, fərqli cavablar alınır. Şəxs vaksin olunubsa belə, onun bu xəstəliyi yüngül keçirmişi hələ elmi sübut olunmayıb. Bu, sadəcə müşahidədir. Eyni zamanda, vaksin olunan şəxsin qarşıdakı şəxsi yoluxdurub-yoluxdurmayacağı barədə də dəqiq nəsə demək olmaz. Çünki hər şey ola bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram