Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Azərbaycanın ölkəmizdə səfirliyini açacağına ümid edirik" - İsrailin turizm naziri

29-07-2021, 18:58

"Azərbaycanın ölkəmizdə səfirliyini açacağına ümid edirik" - İsrailin turizm naziri

“Son 30 ildə Azərbaycan-İsrail münasibətlərində bir çox nailiyyətlər əldə edilib. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətlərin tarixi mərhələsidir”.

DogruXeber.az
“Report”a istinadən xəbər verir ki, bunu sözügedən nümayəndəliklərin açılış mərasimində çıxış edən İsrailin turizm naziri Yoel Razvozov deyib.

“Yaxın gələcəkdə İsraildə Azərbaycanın səfirliyinin də açılacağına ümid edirik. Fürsətdən istifadə edib bu vacib qərarı verdiyi və əlaqələrimizi möhkəmləndirdiyinə görə Prezident Əliyevə təşəkkür edirəm. Həmçinin iki ölkə arasındakı münasibətlərin qurulmasındakı roluna görə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova da minnətdarlığımı bildirirəm. O, İsraillə bağlı siyasətdə ilk günlərdən var və biz həmişə onun dürüstlüyündən, dostluğundan zövq almışıq. O həmçinin Yəhudi icmasına da çox kömək edib. Mən həmçinin maliyyə nazirimiz Aviqdor Libermana da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafı üçün göstərdiyi əhəmiyyətli səylərə görə təşəkkür edirəm", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram