Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Babayevin ümidinə qalan DÖVLƏT QAYĞISI... - bəlkə problem nazirin şəxsindədir?..

30-07-2021, 11:48

Babayevin ümidinə qalan DÖVLƏT QAYĞISI... - bəlkə problem nazirin şəxsindədir?..

DogruXeber.az: - Çox maraqlıdır ki, hər gələn məmur özündən əvvəlkinin atasına rəhmət oxutdurur. Baxmayaraq ki, əvvəlki məmur da vətəndaşlara zülm edib. Amma təzə məmur “barıtı” necə çox edirsə, adamlar köhnənin həsrətini çəkir.
Belə nazirlərimizdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir.
Sahil Babayevin sələfi, yəni ondan əvvəlki nazir Səlim Müslümov hazırda məhkum həyatı yaşayır. Səlim Müslümov da rüşvətxor olub, korrupsioner olub, vətəndaşların cibinə girib, milyonlar qazanıb, dövlətin ayırdığı yüz milyonları mənimsəyib və s.
Amma 3 ildir nazir işləyən Sahil Babayev daha hiyləgərdir.
Özünü yuxarıdakıların yanında yaxşı etmək üçün yalnız təqaüdə ehtiyacı olan insanların sonuncu ümidini də əlindən alır, vaxtilə təyin olunmuş təqaüdləri ləğv edir və insanları çarəsiz duruma salır.
Sahil Babayev əslində yuxarıya ruslar demişkən, “ayı xidməti”- “medveji usluqa” göstərir. Çünki çörək pulu kəsilən insanlar hamısı narazı kütləyə çevrilir. Sahil Babayev başa düşmür ki, “ac qılınca çarpar”. Bir gün bunun cəzasını Sahil Babayev çəkəcək.
Yuxarıda əbəs yerə yazmadıq ki, Sahil Babayev daha hiyləgərdir. O həm özünü “yuxarıda” yaxşı kimi qələmə verir, həm də öz rüşvət şəbəkəsini daha da genişləndirir.
Kəsilmiş təqaüdlər, müavinətlər bəlkə dövlət büdcəsinə qaytarılır ? Yox.
Sahil Babayev dövlətin bu məqsədlə ayırdığı milyonlarla vəsaitə guya qənaət edir, amma əslində nazirliyin qurumlarındakı tikintiyə yönəldir və milyolar qazanır. Çünki ən böyük korrupsiya tikinti sahəsindədir.
Digər tərəfdən, əgər Sahil Babayevdə zərrəcə insaf varsa, niyə demir ki, bu qədər saxta təqaüdləri kimlər verib ?
Əlbəttə bu təqaüdləri yoldan keçən deyil, dövlət qurumları, dövlət məmurları rüşvət əvəzində verib. Bəs, vətəndaşın nə günahı ?
Dövlət qurumları hara baxırdı ?
Sahil Babayevin qurumu ayağı dizindən kəsilmiş əlili, qazini bir neçə ildən bir yenidən tibb komissiyaya çağırır. Bu Azərbaycanda “anekdot” çevrilib. Əlillər deyir ki, bəlkə ayağım təzədən uzanacaq ?
Sahil Babayev ünvanlı sosial yardım alanların da başına olmazın oyunlarını açır.
Bəllidir ki, əvvəlki illərdə imkansız təbəqə ünvanlı sosial yardım alırdı, ancaq bu pulun 6 ayını məmurlar mənimsəyidi. Səlim Müslümovun dövründə belə olub.
Sahil Babayev isə elektron müraciətlərə guya üstünlük verir. Amma sonrakı mərhələdə əməkdaşlarını imkansız şəxslərin evinə göndərir və bir “qəmbərqulu” tapırlar və “bazarlıq” başlayır. Adı da olur ki, guya Allah qoymasa, Sahil Babayev müavinətləri elektron qaydada verir.
Yenə yığılan pullar nazirliyin rəhbərliyini cibinə axır.
Sahil Babayev vətəndaşların yaddaşında “qotur inək”lə qalıb. Belə ki, guya məşğulluq adı altında vətəndaşlara mal-qara verilir, məşğulluq sahələri yaradılır.
Sahil Babayev isə dövlətin hər bir inəyə ayırdığı 2500 manatın 2000-i qoyur cibinə, 500 manata qotur bir inək alıb verir kəndçiyə ki, məşğul ol. Qotur inək isə 2 aydan sonra ölür, vətəndaşın da dövlətə olan inamı ölür. Sahil Babayev isə milyonlar qazanır.
Sahil Babayev işə qəbul qaydasında da az qala “inqilab” edib.
Qanuna görə, nazirlik boş olan vakansiyalarla bağlı Dövlət İmtahan Mərkəzinə məlumat verməlidir. DİM isə imtahan vasitəsilə kadrları seçib nazirliyə göndərməlidir.
Sahil Babayev isə istədiyi qohum-əqrəbasını, dost-tanışını müqavilə ilə işə götürür, sonra daxili müsahibə yolu ilə “oformit” edir. Ay bərəkallah, sənin ağlına, cənab Sahil Babayev.
İndi isə Sahil Babayevin tayfasından olan “kadro”lara baxaq.
Sahil Babayev qohumu Cahandar Babayevi DSMF-nin Binəqədi rayon şöbəsinin müdiri təyin edib.
İndi isə Sahil Babayev DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri vəzifəsinə Cahandar Axundovun bacanağı Fazil Elman oğlu Əkbərovu təyin edib.
Sahil Babayevin iki bacanağı, Cahandar Axundov və Fazil Ələkbərovu DSMF-nin yerli şöbələrinin müdiri təyin etməsi bu şəxslərin onun qohumları olması ilə bağlıdır. Məlumata görə Cahandar Axundovun və Fazil Əkbərovun həyat yoldaşları ilə nazir Sahil Babayevin kiçik qardaşı Samir Babayevin həyat yoldaşı əmiqızıdırlar. Bacanaqların DSMF-nin şöbə müdirləri təyin olunmasında məhz nazirin kiçik qardaşı Samir Babayevin mövqeyinin əsas rol oynadığı da bəllidir.
Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin edildikdən sonra həyata keçirilən kadr təyinatlarında önəmli rolu olan şəxslərin arasında dostu “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov önəmli rol oynayır.
Hələ üstəlik nazir Sahil Babayevin həyat yoldaşı da nazirliyin tenderlərində iştirak edir.
Bu da sözün bitdiyi yer… //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram