Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saatlıda iki toy məclisində pandemiya qaydalarının pozulduğu aşkarlandı

30-07-2021, 17:11

Saatlıda iki toy məclisində pandemiya qaydalarının pozulduğu aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayonun Sarıcalar kəndi ərazisində yerləşən "Arzu" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib.
Polis əməkdaşlarının tərəfindən analoji qayda pozuntusu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində də aşkarlanıb.
Belə ki, ev sahibi M.Kərimovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 70 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
Aşkarlanan hər iki qayda pozuntusu ilə bağlı inzibati qaydada tədbirlər görülüb.

Saatlıda iki toy məclisində pandemiya qaydalarının pozulduğu aşkarlandı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram