Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yevlaxın içməyə suyu, yandırmağa işığı olmayan kəndi — VİDEO

30-07-2021, 17:43

Yevlaxın içməyə suyu, yandırmağa işığı olmayan kəndi — VİDEO

DogruXeber.az: - Yevlax rayonu Malbinəsi kənd sakinlərinin sözlərinə görə, nə səslərini eşidən var, nə də şikayətlərinə baxan.

Yaşayış məntəqəsinin elektrik naqilləri, dirəkləri yararsız haldadır.

Sakinlər bildirirlər ki, hər hansı məişət avadanlığı işlətmək mümkün deyil. Həmçinin naqillərin hazırkı vəziyyəti insanlar üçün böyük təhlükə saçır.

“Azərışıq”dan sorğumuza cavab olaraq bildirildi ki, qurum əməkdaşları Malbinəsi kəndində olub. Təxminən 80 abonent var, layihələndirmə işləri aparılıb, icra nümayəndələri ilə birgə kənd sakinləri ilə də görüş keçirilib, tezliklə işlərə başlanılacaq.

İsti iqlimi ilə seçilən Malbinəsi kəndinin əsas problemlərindən biri də su ilə bağlıdır. Kəndin subartezian quyusu olsa da, sakinlər oradan su götürə bilmirlər.

Ötən ilin fevralında kənddə içməli su üçün quyu qazılıb. Amma quyunun işə salınması gecikir. Sakinlər su əldə etmək üçün uzun məsafə qət etməli olurlar. Bu da onlar üçün həm əziyyət, həm də vaxt itkisinə səbəb olur.

Kənddə yaranan mövcud vəziyyətlə bağlı Yevlax rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Akif Əliyevin sözlərinə görə, həmin kənddə idarənin balansında olan 5 subartezian quyusu var və onların 4-ü işlək vəziyyətdədir, digəri də yaxın günlərdə təmir olunacaq.

Daha ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram