Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

30-07-2021, 17:52

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Ölkə prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov şəhərin ərazi planlaşdırma layihələrini jurnalistlərə təqdim edib.

"DogruXeber.az"-ın Report”a istinadən məlumatına görə, A.Kərimov bildirib ki, layihələr Şuşanın yaşayış üçün daha münasib edilməsinə hesablanıb.

“Ərazi planlaşdırmasında nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması nəzərdə tutulub. Şəhərin Baş Planı təsdiqləndikdən sonra müvafiq işlər aparılacaq", - deyə o qeyd edib.

“2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur”.

Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliklinika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram