Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Cənab başçı, bu evdən Vətən savaşına İKİ OĞUL YOLA SALINIB... - PULUNUZMU YOXDUR?

31-07-2021, 11:09

Cənab başçı, bu evdən Vətən savaşına İKİ OĞUL YOLA SALINIB... - PULUNUZMU YOXDUR?

"Özüm qəza keçirmişəm, əmək fəaliyyətiylə məşğul ola bilmirəm. Yenə növbəti əməliyyata hazırlaşıram. Hər iki oğlum İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədən qayıdandan sonra özlərinə iş tapa bimirlər. Ona görə də qəzalı evi nə təmir edə bilirik, nə yenisini tikmək imkanımız var. Evimizsə həyatımız üçün təhlükə mənbəyinə çevrilib, hər an başımıza uça bilər”.

Qəbələnin Məlikli kənd sakini Məcid Bağırov deyir, ailəsiylə birlikdə yaşadığı ev ötən əsrin oralarında palçıqdan tikilib. Dəfələrlə baş vermiş sel hadisələri bu kənddən də yan keçməyib və hər dəfə özülsüz evin palçıq divarlarını bir az da yuyub. Nəticədə tikili qəzalı vəziyyətə düşüb. İndi burada yaşamaq təhlükəyə çevrilib. Ailənin nə evi əsaslı təmir etməyə, nə də yenisini tikməyə imkanı var.

Medal var, yaşamağa yer yoxdur

Məcid Bağırovun hər iki övladı İkinci Qarabağ Müharibəsində iştirak edib. Hər ikisi medallarla təltif olunub. Müharibədən qayıdandan sonra özlərinə iş tapa bilmirlər ki, evi əsaslı təmir etsinlər:

“Özüm qəza keçirmişəm, 2016-cı ildən evdən çölə çıxa bilmirəm, qollarım, ayaqlarım demək olar ki, fəaliyyətini itirib. Bizi böyük oğlum dolandırırdı, müharibədən qayıdandan sonra o da işsiz qalıb. Əlində işi olsaydı, yaxşı qazancı olsaydı, bəlkə bu evi ayağa qaldıra bilərdi. Hər ikisi evlənmək yaşına çatıb, başımıza dağılan 35 kvadratmetrlik evdən başqa yerimiz yoxdur ki, evlənib hərəsi bir ailə olsun...”

“Heç bir qurum vəziyyətimizlə maraqlanmır”

Məcid Bağırov aidiyyəti qurumlara məktubla müraciət edib, yerli icra hakimiyyətində məmurların qəbulunda olub, ancaq heç bir nəticəsi olmayıb.

Qəbələ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, vətəndaşlara məxsus fərdi yaşayış evlərinin təmiri üçün icra hakimiyyətinə vəsait ayrılmır. Bu səbəbdən də Bağırovlar ailəsinə kömək etmək imkankarı xaricindədir.

Hüquqşünas Namizəd Səfərovsa deyir, evin təmiri üçün bəzi tikinti materiallarını yerli bələdiyyə verməlidir. Ancaq əsasən regionlarda bələdiyyə fonduna vətəndaşlar tərəfindən pul köçürülmədiyi üçün bələdiyyələrin bunu etmək imkanı yoxdur. İkinci variantsa ondan ibarətdir ki, hər il büdcədən icra hakimiyyətlərinə sair xərclər adıyla pul ayrılır. Bu pullar aztəminatlı ailələrin sosial vəziyyəti üçün də nəzərdə tutulub. Əgər tikili vətəndaşın başına uçursa və insan həyatına təhlükə varsa, icra hakimiyyəti həmin vəsaitlə vətəndaşa yardımçı ola bilər.

Cənab başçı, bu evdən Vətən savaşına İKİ OĞUL YOLA SALINIB... - PULUNUZMU YOXDUR?

Cənab başçı, bu evdən Vətən savaşına İKİ OĞUL YOLA SALINIB... - PULUNUZMU YOXDUR?

Cənab başçı, bu evdən Vətən savaşına İKİ OĞUL YOLA SALINIB... - PULUNUZMU YOXDUR?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram