Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanın əməkdar artisti ailəsi ilə birlikdə London teatrından qovuldu

5-04-2018, 11:09

Azərbaycanın əməkdar artisti ailəsi ilə birlikdə London teatrından qovuldu








Xəbər verdiyimiz kimi, srağagün axşam London teatrlarından birində “Ələddin” tamaşasının başlamasına 5 dəqiqə qalmış bu tamaşaya 600 avro ödəyərək bilet almış Azərbaycanın əməkdar artısti Yusif Eyvazov, həyat yoldaşı və oğlu teatrdan qovulublar.

Virtualaz.org xatırladır ki, bu barədə özünün “İnstagram” səhifəsində Yusif Eyvazovun həyat yoldaşı, məşhur Rusiya opera müğənnisi Anna Netrebko məlumat vermişdi.

Onun sözlərinə görə, əri Lester-skverdə 600 avroya bilet alıb. Lakin sonradan müəyyənləşib ki, bu biletlər saxtadır.

Bununla bağlı Y.Eyvazov demişdi: “İndi isə gedirik pulumuzu geri almağa”.

Hirsi soyuyandan sonra Netrebko mikrobloqunda pərəstişkarları üçün daha bir müraciət yerləşdirib. Anna bildirib ki, biletlərə verilən pulu qaytara biliblər: “Bu hər kəsin başına gələ bilər. Bilet alarkən ehtiyatlı olun… Düşünürəm ki, biz “Ələddin”ə hələ baxacağıq. Sizə isə bizi dəstəklədiyinizə görə təşəkkür edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram