Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

May ayı üçün qeyri-iş günləri açıqlanıb

26-04-2018, 14:38

May ayı üçün qeyri-iş günləri açıqlanıb








May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü və 28 May – Respublika günü iş günləri hesab edilmir.

Bu barədə “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri qeyd edib ki, 9 May- Faşizm üzərində Qələbə günü çərşənbə gününə təsadüf edir və qeyri-iş günüdür: “28 May – Respublika günü isə bazar ertəsinə düşdüyündən həmin günün qeyri-iş günü olması ilə yanaşı, bu, eyni zamanda, beşgünlük iş həftəsi üzrə işləyənlərin üç gün (şənbə, bazar və bayram günü olan bazar ertəsi) ardıcıl olaraq istirahət etməsinə imkan verəcək”.

E.Babayev onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır: “Bu norma altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsi üzrə çalışanlara da şamil edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram