Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Elçibəyin adı niyə əbədiləşdirilmir? – Eks-prezidentin oğlu narazılıq etdi

30-04-2018, 17:23

Elçibəyin adı niyə əbədiləşdirilmir? – Eks-prezidentin oğlu narazılıq etdi
















Atamın 80 illik yubileyi ilə bağlı hələ ki iqtidar nümayəndələrindən bizə hər hansı müraciət daxil olmayıb. Güman ki, yaxın vaxtlarda ailəsi olaraq bizimlə əlaqə saxlayarlar. Hələlik qarşılıqlı nəsə yoxdur”.

DogruXeber.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

O, müxalifətlə birgə yaratdıqları Təşkilat Komitəsindən də danışıb.

“Təşkilat Komitəsinin yaranmasında Elçibəyin ailəsi olaraq bizim də dəstəyimiz var. Təşkilatla bağlı birgə qərar vermişik. Ona görə də təşkilatda aparılan işlərdən xəbərimiz var”

Ərturqut Əliyev mərhum eks-prezidentin adının əbədiləşdirilməsi məsələsinə də toxunub.

“Uzun zamandır ki, atamın adının əbədiləşdirilməsi üçün hansısa orqanlara müraciət etməyimizlə bağlı fikirlər dolaşır. Düzü, gərək bizə müraciət olunsun ki, biz də bəzi məsələləri dilə gətirək. Ona görə də indi atamın adına hansısa küçə, yaxud da prospekt verilməsi məsələsindən danışa bilmərəm. Çünki ortada belə bir hal yoxdur”.

Qeyd edək ki, bu ilin fevralında bir qrup ziyalı və tanınmış ictimai xadim Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, etdiyi müraciətə cavab olaraq Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib. Toplantıda mərhum eks-prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram