Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Cinayətkarla iş birliyi edən Ədliyyə nazirliyin icra şöbə rəisi.! Qarabağ müharibə veteranı nələr dedi.!! VİDEO

5-05-2018, 07:45

Cinayətkarla iş birliyi edən Ədliyyə nazirliyin icra şöbə rəisi.! Qarabağ müharibə veteranı nələr dedi.!! VİDEO




Qubadlı rayonundan məcburi köçkün, qarabağ müharibə veteranı, II qrup əlil, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsi -1, mən -77 ünvanında müvəqqəti məskunlaşan Əliyev Baxşəli Əli oğlu haqlı ola-ola böyük bir haqsızlıqla qarşılaşmışdır.

Iran İslam Respublikasının vətəndaşı Moenifard Seyedmohammed birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq şərti ilə Əliyev Baxşəli Əli oğlundan 40.000 (qırx min) ABŞ dolları pul almışdır. Sonradan müqavilənin şərtlərinə əməl etməmiş və aldığı 40.000 ABŞ dollarını geri qaytarmaqdan imtina etmişdir. Seyedmohammedin fırıldaqçı, yalançı və hiyləgər olduğuna qəti əmin olan Əliyev Baxşəli bu haqda 2016-cı il mart ayında Səbayıl rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə Əliyev Baxşəlini haqlı sayaraq 38.440 (otuz səkkiz min dörd yüz qırx) ABŞ dollarının Seyedmohammeddən tutularaq Əliyev Baxşəliyə ödənilməsi haqqında qətnamə qəbul etmişdir. Qətnamənin icrası 28.02.2017-ci il tarixində AR Ədliyyə Nazirliyinin Nəsimi rayon icra şöbəsinə həvalə olunmuşdur. Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Nərimanov göndərişi icraata götürmüş və 20.300 (iyirmi min üç yüz) ABŞ dollarını Seyedmohammedden tutularaq Əliyev baxşəliyə qaytartdırmışdır. Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Nərimanov İran İslam Respublikasının vətəndaşı Moenifard Seyedmohammedlə cinayət əlaqəsinə girərək qalan 18.300 (on səkkiz min üç yüz) ABŞ dollarının Əliyev Baxşəliyə ödənilməsini müxtəlif bəhanələrlə əngəlləyərək, süründürməçiliyə salmaqla bu günə qədər yubatdırmışdır. Seyedmohammedi çirkin üsullarla, gizli yollarla müfafiə edən Nazim Nərimanov bunun əvəzində ondan aylıq almağa başlamışdır. Sonradan məlum olmuşdur ki, belə cinayətkar əməllərlə Nazim Nərimanov çoxdan və dəfələrlə məşğul olub. Nazim Nərimanov vəzifə məsuliyyətini, ona göstərilən etimadı, vətəndaşlara xidmət borcunu, konstitusiya qanunlarını ayaqlayaraq öz şəxsi mənafeyi üçün çalışır.
AR Ədliyyə Nazirinin müavini, İcraya Nəzarət Baş İdarənin rəisi Nurəddin Mustafayev 11.08.2017 və 01.12.2017-ci ildə yazdığı məktubları da vecinə almayıb öz qanunsuz əməllərini davam etdirir.
AR Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən şəxsən təyin edildiyini bildirərək nazirdən başqa heç kimin göstərişlərini yerinə yetirməyəcəyini bəyan edir.
Nazir Fikrət Məmmədov isə Prezident İlham Əliyevin doğma xalası oğludur.
Bu işlə əlaqədar Əliyev Baxşəli 23.02.2018 və 12.04.2018-ci ildə Şəxsən Cənab Prezidentə yazılı müraciət edib. Bu günə qədər xəbər yoxdur.
AR I Vitse Prezidenti Mehriban xanım Əliyevaya məktubla müraciət edib. Müsbət nəticə yoxdur.
Cəzasızlıq sindromu baş alıb getdiyindən Nazim Nərimanov kimi bir çox məmurlar şəxsi mənafeləri naminə millətə zülüm etməkdə davam edir. Olunan zülümlərin sayı-hesabı bilinmir. Belə məmurları dayandırmaq üçün qanunlar gücsüz görünür. Millətə olmazın zülümləri edən zalım məmurları cilovlamaq üçün Prezidentin xəbərdarlığı, göstərişləri kifayət eləmir. Odur ki, bu və ya digər zülümlərə düçar olan vətəndaşlar kimə müraciət edəcəklərini bilmirlər. Çünki etdikləri müraciətlərin heç bir köməyi olmur.
Əlacsız qalan Əliyev Baxşəli 13.04.2018-ci il tarixində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Səfirliyinə (ABŞ, RF və Fransa səfirlərinə) müraciət edib. Bu müraciətin Əliyev Baxşəliyə müsbət nəticəsi olmasa da Beynəlxalq aləmdə, nüfuzlu Beynəlxalq Təşkilatlarda ölkəmizin imicinə mənfi nəticəsi olacağı şəksizdir, mütləqdir. Bu da Qarabağın Azərbaycana qaytarılması müşkülünü daha da dərinləşdirir və qeyri-müəyyən vaxta qədər uzadacaq.

Xəyal İmrə

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram