Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazir Fuad Poladovla bağlı sualdan belə yayındı:"Mən, Əbülfəs müəllimin sürücüsüyəm..."

7-05-2018, 18:58

Nazir Fuad Poladovla bağlı sualdan belə yayındı:"Mən, Əbülfəs müəllimin sürücüsüyəm..."







Mədəniyyət naziri Əbülfəs Qarayevin xalq artisti Fuad Poladovun ölümü ilə bağlı başsağlığı verməməsi, həmçinin, onun dəfninə qatılması cəmiyyətdə ciddi tənqidə məruz qalıb.

Bir neçə gündür ki, sosial şəbəkələrdə Əbülfəs Qarayevə sərt ittihamlar səsləndirilir.

Bəs görəsən, nazirin özü bu barədə nə düşünür?

Strateq.az xəbər verir ki, Gununsesi.info-nun əməkdaşı hörmətli nazirə telefon açaraq, onun mövqeyini soruşub.

Əbülfəs Qarayevlə sözügedən saytın əməkdaşının dialoqunu olduğu kimi təqdim edirik:

– Əbülfəs müəllim, salam. Sİzi Gununsesi.info xəbər saytından narahat edirik.

– Salam. Buyurun eşidirəm…

– Cənab nazir, Fuad Poladovun ölümü ilə bağlı başsağlığı verməməyiniz, habelə, dəfn mərasiminə qatılmamağınız ciddi tənqidlərə səbəb olub. Bu tənqidləri qəbul edirsinizmi?

– Bir anlıq fikrə gedir (red.)… Mən, Əbülfəs müəllimin sürücüsüyəm. Təəssüf ki, sizin suala cavab verə bilməyəcəm.

Jurnalistin nazirlə qısa dialoqundan bir neçə dəqiqə sonra nazirliyin sözçüsü Vüqar Şıxməmmədov redaksiyaya telefon açıb.

Şıxməmmədov bildirib ki, nazirliyin rəsmi orqanı olan “Mədəniyyət” qəzetində Fuad Poladovun ölümü ilə bağlı başsağlığı dərc ediləcək: “Dəfn mərasimində iştirak məsələsinə gəlincə, nazirliyin incəsənət şöbəsinin müdiri və mən bu tədbirə qatılmışıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram