gundem
23.05.2018, 11:09
Tiflisdə yoxa çıxan Tağı tapıldı
Tiflisdə yoxa çıxan 20 yaşlı azərbaycanlı tələbə Tağı İsgəndərov tapılıb. Bu barədə “Qafqazinfo” ya onun yaxınları məlumat verib. Bildirilib ki, hazırda T. İsgəndərəovun vəziyyəti yaxşıdır.
Xatırladaq ki, mayın 21-də tələbənin yaxınları “Qafqazinfo”ya müraciət edərək onun itkin düşməsi barədə xəbər vermişdilər. Onun sonuncu dəfə şəhərdəki kazinoların birinə daxil olması haqqında məlumat vermişdilər.
Valideynlər isə Gürcüstan polisinin axtarışlara etinasız yanaşmasından gileylənmişdi.
Qeyd edək ki, T. İsgəndərov Tiflisdə universitetlərin birinin II kurs tələbəsidir.