Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu













Azərbaycanda Rustəm İbrahimbəyov adlı bir ssenarist var. Bir neçə il bundan əvvəl tutduğu utandırıcı bir işin xəcalətindən hələ də Vətəninə gələ bilmir. Belə bir deyim var: “Allah bir insana zülm etmək istəyəndə, əvvəl onun ağlını əlindən alır”. Tam məsuliyyətilə Rüstəm İbrahimbəyovu Tanrı tərəfindən zülmlə “mükafatlandırılanların” sırasına aid etmək olar.

Adamın ağlı hətta o qədər qaçmışdı ki, 2013-cü il prezident seçkilərində bəzi radikal müxalifət liderləri ondan əməlli-başlı marionet belə düzəltməyi bacardılar. Həmin seçkilərdə İlham Əliyevə alternativ olmaqdan qorxan radikal cameənin təmsilçiləri qurban verməyə adam axtarışına çıxmışdılar. Özünü milli düşərgənin təmsilçiləri sayan həmin adamlar şimal qonşumuzdan əsən mehli küləyin təsirindən xoşhallanaraq, Rüstəm İbrahimbəyovu xilaskar obrazında xalqa təqdim etdilər. Onlar R.İbrahimbəyovu hətta prezident ola biləcəyinə də inandırmışdılar. Hər halda, bir vaxtlar fitri istedadı ilə öyünülən R.İbrahimbəyov belə bir nağıla inanmışdısa, deməli, onun ağlı ilə bağlı ciddi problemləri olub. Əlqərəz, bu ağsaqqal adam kino çəkmək kimi ana peşəsinin daşını uzaqlara atıb, əl-qolunu çırmayaraq, ölkənin prezidenti olmağa “hazırlaşırdı”. Onu hətta Milli Şura adlanan bir təsisata sədr də seçdilər. Həmin ərəfədə Putin Bakıya gəlib-gedəndən sonra R.İbrahimbəyovun canına bərk üşütmə düşdü. Buradakı havadarları və silahdaşları nə qədər çalışdılarsa, R.İbrahimbəyovu Bakıya gətirdə bilmədilər.

Təsəvvür edirsinizmi, müxalifətin özünə vahid namizəd elan etdiyi və bu təqdimata özünün də ikiəlli razı olduğu bir adamın, sən demə, Azərbaycan vətəndaşlığı belə yox imiş. Paradoksa baxın, vaxtilə öz Vətəninin vətəndaşlığından imtina etmiş bir adam nə ağıllasa vətəndaşı olmadığı bir ölkənin prezidenti olmaq arzusuna düşmüşdü. Bir sözlə, Azərbaycan vətəndaşı olmadığı kimi bir bəhanə R.İbrahimbəyovu ağır bir məsuliyyətdən xilas etmiş oldu. Sonra bir müddət səsi çıxmadı. Ara-sıra informasiyalar dolaşırdı ki, köhnə peşəsinə qayıdıb, kino çəkməklə məşğuldur. Amma, görünür, 2013-cü ildə aldığı psixoloji zərbə onu daha da aqressivləşdiribmiş. İndi məlum olur ki, bu aralıq müddət ərzində R.İbrahimbəyov kino çəkmək əvəzinə zibil istehsalı ilə məşğul imiş. Görünür o, siyasət vasitəsilə Azərbaycan xalqına edə bilmədiyi nadanlığı öz köhnə peşəsinin köməyi ilə həyata keçirməyi planlayırmış. Sosial şəbəkələrdə aparılan müzakirələrdən sonra məlum oldu ki, sən demə, R.İbrahimbəyovun ərsəyə gətirdiyi məhsul Əkrəm Əylislinin “Daş yuxular” romanının davamı imiş. 2015-ci ildə ərsəyə gələn “Qafqaz üçlüyü” adlı filmin ssenari müəllifi R.İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Həmin bu R.İbrahimbəyovun yazdığı ssenaridə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar.
Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.

Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.
Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın özünü büruzə verir.
Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyinin ermənilərlə bağlılığı var.

Bu film sadə vətəndaşından tutmuş, yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Filimdə Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər.
Müəllif ciddi-cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Çox yaxşı olardı ki, bu filmin ayrıca bir nümayişi bir vaxtlar R.İbrahimbəyovu Azərbaycan xalqına xilaskar obrazında təqdim edən radikal müxalifət nümayəndələrinin iştirakı ilə olsun. Onların hamısını bir kinoteatra yığıb filmi seyr etdirdikdən sonra R.İbrahimbəyov barədə nə düşündüklərinə cavab almaq maraqlı olardı. Görəsən, bu adamlar belə xislətdə olan, manqurtlaşmış, öz yaradıcılığı ilə düşmən dəyirmanına su tökən bir şəxsi ölkənin prezidenti etmək niyyətlərindən xəcalət çəkirlərmi?

Qeyd edək ki, bu mövzu ətrafında cəmiyyətdə ciddi müzakirələr aparılır. İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də “Milli Şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.



Məhəmmədəli QƏRİBLİ (Bakı-Xəbər)


Oxunub: 675

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Qubad İbadoğluya yekun ittiham elan edildi

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi

Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?

Ali Məhkəmədən mənzilə "kupça" alınmasına dair mühüm qərar

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq

Pensiyaların yubanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabah Bakıda 27 dərəcə isti olacaq

"Prius"larda şok ucuzlaşma - Bir ay fərqlə qiymətlər

Keçid balları qaldırılır? - VİDEO

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanda qadınlar 6 ay hərbi xidmət keçəcəklər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

İsrail İrana hücum etməyi planlaşdırır

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Avropa İttifaqı İrana sanksiyalar tətbiq edəcək

Yasamalın icra başçısı əmək yarmarkasında iştirak etdi - FOTO

Bütün xəbərlər