Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

MƏŞHUR VERGİ GENERALI “VURULDU” – Habil Məmmədov vəzifəsindən uzaqlaşdırıldı!

4-07-2018, 11:31

MƏŞHUR VERGİ GENERALI “VURULDU” – Habil Məmmədov vəzifəsindən uzaqlaşdırıldı!













Vergilər naziri Mikayıl Cabbarov sabiq nazir Fazil Məmmədovun ən məşhur kadrlarından birini – Habil Məmmədovu vergi sistemindən uzaqlaşdırıb. “AzPolitika.info”ya vergi sistemindən daxil olan məlumata görə, Habil Məmmədov dünən vergilər nazirinin müşaviri vəzifəsindən azad edilib.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olan H.Məmmədov ötən ilin dekabrında prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadrlardan biri hesab olunurdu. 1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan Habil Məmmədovun Fazil Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, yeni nazir Mikayıl Cabbarov gözlənilənin əksinə olaraq, xeyli müddət onun təcrübəsindən istifadə etdi.

Bununla yanaşı, bəzi mətbu orqanlarda sözügedən vergi generalının adı Vergilər Nazirliyindəki neqativ hallarla əlaqədar çəkilirdi. Lakin bir çox mütəxəssislər və vergi işçiləri onu vergi sisteminin təkmilləşdirilməsində və nizam-intizam yaradılmasında xidmətləri olan savadlı və təcrübəli kadr kimi tanıdıqlarını bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram