“Müxalifətin mitinqlərinə min nəfərdən çox adam gəlmədi” – İlham Əliyev

“Müxalifətin mitinqlərinə min nəfərdən çox adam gəlmədi” – İlham Əliyev













“Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər”.

Bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirmişdir – azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur”, – deyə dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir:

“Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə qeyd etdim ki, xanım Kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq.

Bizim gündəliyimiz çox genişdir və müzakirə olunan bütün məsələlər eyni əhəmiyyət daşıyır – energetika, nəqliyyat, ticarət, regional təhlükəsizlik, o cümlədən demokratik inkişaf. Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib. Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaq”.

Tarix:26-08-2018, 22:49 Baxış Sayı:130 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Ermənistan yaralıların sayını artırdı, ancaq...
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
“Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək”
Sabah yağış yağacaq
“LUKOİL”da partlayış oldu
Cəbhədə gərginlik artır: Atəşkəs rejimi 70 dəfə pozulub
İş icazəsi ilə Lerikə gedənlər cərimələndi
Koronavirusa yoluxan şəxs küçəyə çıxıb qonşusu ilə dalaşdı
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi
Daha bir yüksək rütbəli şəxs koronavirusa yoluxdu
Azərbaycanda 531 yeni yoluxma və 6 ölüm faktı
"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"- Naqif Həmzəyev
Bakıda parkın içində tikilən obyekt söküldü - Video
Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək
SOS: Gözlənilən temperatur artımı yaxın 5 il ərzində baş verəcək
Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimiz vətənə çatdırıldı - FOTO
Aya Sofyanın divarlarındakı ikona təsvirlərinin taleyinə aydınlıq gətirilib
"Həkimlərimiz arasında yoluxma halları yüksək deyil" - Yaqut Qarayeva
SOCAR Rumıniyada beş YDM açacaq
İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırıldı
"Evlilik işə əngəl deyil" - Fotolar
Saleh Məmmədovun ASC-də qohum-əqraba hakimiyyəti: Dövlət qurumu şəxsi maraqlarla idarə olunur
Dağlıq Qarabağda yeni gəlişmə - Separatçılar çarəsiz durumda
Azərbaycanda insanların restoran və iş yerlərinə xüsusi kod vasitəsilə daxil olması təklif edilir
Sabahın hava proqnozu
İşğalçı Ermənistan ordusu atəşkəsi 69 dəfə pozub
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
AERA bu il 431 texniki yoxlama aparıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla