Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yeni şəxsiyyət vəsiqələrinin rüsumu açıqlandı

Yeni şəxsiyyət vəsiqələrinin rüsumu açıqlandı
1-09-2018, 12:13 228 dəfə baxılıb

Yeni şəxsiyyət vəsiqələrinin rüsumu açıqlandı










“Bu gündən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir”.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, növbəti günlərdə regional “ASAN xidmət” mərkəzlərində də yeni şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq.

E.Niftəliyev, həmçinin qeyd edib ki, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin qiymətinə gəlincə, “ASAN xidmət” rəsmisi bildirib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün rüsumun məbləğində hər hansı dəyişiklik yoxdur.

“Belə ki, rüsum 10 gün müddətində 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, yəni etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram