Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İcra başçısı Mirdaməd Sadıqov jurnalistə 1000 manat verib tutdurdu

İcra başçısı Mirdaməd Sadıqov jurnalistə 1000 manat verib tutdurdu
22-11-2018, 10:09 192 dəfə baxılıb

İcra başçısı Mirdaməd Sadıqov jurnalistə 1000 manat verib tutdurdu















Ali Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almada təqsirləndirilən jurnalist Elçin İsmayıllının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

“Leqal.info”nun xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.İsmayıllının ittiham olunduğu üç maddədən ikisinə – Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittihamlara xitam verilib. Onun üzərində 182-ci (hədə-qorxu ilə tələb etmə) maddə saxlanılıb və E.İsmayıllıya 7 il cəza təyin edilib.

Qeyd edək ki, E.İsmayıllı 2017-ci ilin fevral ayının 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslər haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunub.

E.İsmayıllı məhkəmədə özünü təqsirli bilməyib və saxlanılarkən üzərində olan 1000 manat pulu illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyib.

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri Azər Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı Mirdaməd Sadıqov verib və E.İsmayıllıya çatdırmasını istəyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan jurnalist apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram