Anasına görə bıçağa əl atan gənc: “Peşmanam”

Anasına görə bıçağa əl atan gənc: “Peşmanam”






Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 17 yaşlı Bəhram Məmmədovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, B.Məmmədov mübahisə zəminində əvvəllər tanımadığı Elvin Əliyevi bıçaqlayıb. B.Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilib və törətdiyi əməldən peşman olduğunu deyib. Hadisə baş verən zaman 16 yaşı olduğunu, E.Əliyevi namus üstündə vurduğunu deyib: “Anamla telefonda danışırdı, mən də şübhələndim. Sonradan səs yazısına qulaq asdım. Bir kişi bir qadınla münasibət qurmaq üçün nə demək lazım idisə deyirdi”.

Baş verənlərdən əsəbiləşdiyini deyən B.Məmmədov ifadəsində E.Əliyevlə görüşdüyünü, mübahisə etdiyini və onu bıçaqladığını bildirib: “Anamla sağollaşanda dedi ki, sağ ol, balam. Bu sözdən sonra lap əsəbiləşdim. Zəng vurdum, görüşmək istədiyimi dedim. Sumqayıtdakı ASAN Xidmət-in arxasında görüşdük. Hər şeyi inkar elədi. Dedim ki, “kimsə sənin anana qarşı belə hərəkət etsə, xoşuna gələr?”. Sonra mübahisə elədik, bıçağı çıxarıb vurdum. Üstümdə bıçaq gəzdirən deyilən. Həmin gün onu qorxutmaq məqsədilə götürmüşdüm. Vurandan sonra bıçağı bir kənara atıb oradan uzaqlaşdım. Həyəcandan özümü itirmişdim”.

Törətdiyi əməldən peşman olduğunu deyən B.Məmmədov zərərçəkmişlə barışıq əldə edildiyini bildirib.

Zərərçəkmiş Elvin Əliyev təqsirləndirilən şəxsin dediklərinin həqiqəti əks etdirmədiyini, anası ilə heç bir münasibəti olmadığını söyləyib: “ASAN Xidmət-də işləyirəm. Bir neçə dəfə sənəd işi ilə bağlı müraciət edib. Bundan sonra da əlaqələrimiz sırf işlə bağlı olib".

Tərəflərin sualları cavablandırılarkən məlum olub ki, E.Əliyevlə Bünyadın anasının tanışlığı 2014-cü ildən olub. Hakimin “işlə bağlı danışıq və ya əlaqə niyə şəxsi telefonla aparılıb” sualına isə zərərçəkmiş işlədiyi mərkəzdə daxili xətlərin olmadığını deyib.

Məhkəmə prosesi davam edir.Virtualaz.org

Tarix:11-06-2019, 13:02 Baxış Sayı:26 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
Sumqayıtda təhsil sistemi biabırçı durumda... - İDDİA
Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır
Keçmiş icra başçısının otlaq sahəsi yandı
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə - FOTO
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Məktəb direktoru işdən çıxarıldı
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək
Çovdarovun balıqyetişdirmə biznesini böyüdən Şəfiyevlər kimdir? - Şok faktlar
Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO
Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində
Ağstafadakı dəhşətli intiqamın yeni təfərrüatları
"Bu, artıq ata-oğul məsələsi deyil" — Rüfət Səfərovdan AÇIQLAMA
Fuad Abbasovdan vəkili haqda sensasion açıqlama
Rusiya-Azərbaycan sərhədində yeni yol
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir
Müxalifət iqtidarla gizli anlaşmaya can atır: kimlərə mandat arzulanır?
Alimlərdən AAK-ın sədr əvəzinə şok ittihamlar - Müraciət + Detallar
Ceyhun Bayramov direktoru işdən azad etdi
Ölkəyə 128 kiloqram heroin keçirmək istədi
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu
Azərbaycanda məmur 73 yaşlı rəisi döydürdü - Video
“Qonaq evi”ndə əmisini şantaj edənin qanını tökdü – Göytəpədə cinayət
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər... - 14 günə 4 min manat!
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama
Yeni sosial şəbəkə sürətlə populyarlaşır
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub
Prezident oğluna yüksək vəzifə verdi - Foto
Azərbaycanda qadın "müəllim" həbs edildi
Bakı metrosunda problem – Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla