Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - RƏSMİ AÇIQLAMA





Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Oxu.Az-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi, polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb:

“Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini, 1982-ci il təvüllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib.

Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib.

Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə H.Əliyev polisə müraciət edib. Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, bu gün Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin və Hərəkat daxilində fəaliyyət göstərən Qarabağ Komitəsinin birlikdə toplantısı keçirilib.

İddia olunur ki, bu zaman qərargaha ümumi sayı 30-40 nəfər olan silahlı polis əməkdaşları daxil olaraq toplantını zor gücünə dağıdıb, hərəkatın rəhbərlərini ofisdən məcburi qaydada çıxarıblar.


Oxunub: 392

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər