hadise / dunya
2.08.2019, 16:41
SON DƏQİQƏ: Sərnişin avtobusu yandı - Çox sayda ölü və yaralı var / VİDEO
Türkiyənin Balıkesir vilayətində insan tələfatı ilə nəticələnən dəhşətli hadisə baş verib.
DogruXeber.az yerli mənbələrə istinadən xəbər verir ki, hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğın nəticəsində 1-i uşaq olmaqla azı 5 nəfər həyatını itirib. Yaralılar var.
Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Onların səyi nəticəsində digər sərnişinlər xilas edilib. Hadisənin səbəbləri araşdırılır.