hadise
10.09.2019, 14:28
Qonşuların parkinq davası qanlı bitdi: 3 ölü, 5 yaralı
Türkiyənin Qaziantep şəhərində silahlı atışma baş verib.
“DogruXeber.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 2 qonşu ailənin parkinq üstündə başlayan davası onların bir-birilərini ov tüfəngi ilə güllələmələri ilə nəticələnib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Yaralıların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalar davam edir.