hadise
11.09.2019, 10:33
Gəncədə qadın dərmandan zəhərləndi
Gəncədə 28 yaşlı qadın dərmandan zəhərlənib.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Məmmədova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib vəziyyətinin kafi olduğu bildirilir. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.(APA)