hadise
17.09.2019, 15:04
Bu qəsəbədə bir gecədə 3 avtomobil qarət olunub
Xəzər rayonunda bir gecədə 3 avtomobildən oğurluq edilib.
DogruXeber.az xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsində baş verib.
Məlumata görə, naməlum şəxs və ya şəxslər "Hundai” və "Mercedes” markalı avtomobillərin şüşələrini qıraraq salonlarında olan pul və qiymətli əşyaları oğurlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və şəxslərin axtarışları davam etdirilir./Open.az