hadise
26.09.2019, 17:12
Yataqxanada ölən gəncin cəsədi 2 ay sonra tapıldı - DƏHŞƏT...
Yeni Zelandiyanın Christchurch şəhərindəki bir universitetin yataqxanasında qalan tələbənin cəsədi iki ay sonra tapılıb. Digər tələbələrin otaqdan qoxu almalarından sonra ortaya çıxan hadisədə gənc tələbənin ölüm səbəbi bilinməyib.
DogruXeber.az xəbər verir ki, Yeni Zelandiya mediasında yer alan xəbərlərə görə, cəsədin otaqda çox üzün müddət qaldığı üçün tələbənin şəxsiyyətinin müəyyən olunması üçün polis aidiyyəti orqanlardan kömək istəyib.
Ölüm səbəbi qeyri-müəyyənliyini qoruyan gəncin təhsil aldığı unuversitet rəhbərliyi birinci kursda oxuyan tələbənin ölümü xəbəri ilə çox üzüldüklərini açıqlayıb./Moderator.az