Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı - Foto

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı - Foto













Bakıda xeyli vətəndaşı xarici ölkəyə ziyarətə aparmaq adı ilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.
“DogruXeber.az” xəbər verir ki, İsmayılov Xəyal Nazim oğlu özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları Kərbəlaya aparacağını söz verib və hər bir şəxsdən 300-600 manat arası pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar onu tapa bilməyiblər. Şikayətçilərin verdiyi məlumata görə, həmin şəxs bu yolla 100-ə yaxın adama pul “atıb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü Xəyal İsmayılov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə gətirilib: “Bu şəxs əvvəllər də bir qrup şəxs tərəfindən törədilən soyğunçuluğa görə məhkum olunub. Vətəndaşları müqəddəs ziyarətgahlar olan – Məkkə, Kərbəla, Məşhəd və digər müqəddəs yerlərə ziyarət turları təşkil etmək adı ilə onların əmlakını mənimsəyib.

Hazırda bununla bağlı polisə 5 vətəndaş ərizə ilə müraciət edib. Onlar da ərizələrində bu faktı qeyd ediblər. Həmin şəxslə bağlı 29-cu Polis Bölməsi tərəfindən təhqiqat davam etdirilir. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Buna görə də vətəndaşlardan xahiş olunur ki, bu şəxsin dələduzluq əməllərindən zərər çəkən varsa, aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etsinlər. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanına təqdim ediləcək”./Yeni Sabah
Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı - Foto

Tarix:9-10-2019, 18:12 Baxış Sayı:29 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla