Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Zaqatalada evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

11-10-2019, 10:32

Zaqatalada evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb






Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram