Bakıda arvadını bıçaqladı, özü intihara cəhd etdi - MƏHKƏMƏ













Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

DogruXeber.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının peşəkarlığı və ictimai asayişin keşiyində ayıq-sayıq dayanması insan ölümü ilə nəticələnə biləcək faciənin qarşısını vaxtında ala bilib.

Belə ki, bu il aprelin 24-də Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədi özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı su polisləri tərəfindən alınıb.

İntihara cəhd edən şəxslə su polisləri profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər.

İdarəyə gətiriləndən sonra həyatına qəsd etmək istəyən şəxsin 1982-ci il təvəllüdlü Xəzər rayonu ərazisində yaşayan Dədəcanov Natiq İlham oğlu olduğu müəyyən edilib. N.Dədəcanovla Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının apardığı profilaktik söhbət zamanı o, törətdiyi ağır cinayət hadisəni də etiraf edib.

Məlum olub ki, həmin şəxs hadisədən bir neçə gün əvvəl Xəzər rayonu Binə qəsəbəsində birlikdə yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Vüsalə Dədəcanova ilə mübahisə edib.

Bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd göstərsə də, buna nail ola bilməyib. Bakı Dəniz Vağzalı ərazisinə gəlməmişdən əvvəl isə o, Mərdəkan qəsəbəsində üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşına xəsarət yetirib.

Arvadını qətlə yetirdiyini zənn edən N.Dədəcanov intihar etmək məqsədilə dəniz kənarına gəlib. Su polisləri söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını, amma dünyasını dəyişmədiyini bildiriblər. N.Dədəcanov həyatını xilas etdiklərini və onu intihar etmək fikrindən daşındırdıqları üçün su polislərinə təşəkkürünü bildirib./Oxu.Az


Oxunub: 503

Son xəbərlər

Şənbə gününün hava proqnozu

Alimlər 464 dərəcə istilik olan planetdə üzvi həyatın mümkün olduğunu sübut etdi

Bu şəxslər 2500 manat cərimə ediləcək

Dövlət Xidmətindən restoranlara XƏBƏRDARLIQ

Əhalinin ən çox xərci nəyə çıxır? - VİDEO

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Qızıl və gümüş bahalaşdı

AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Bütün xəbərlər