Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Oğrular yaxalandı - Qızıl, qoyun, pul...

Oğrular yaxalandı - Qızıl, qoyun, pul...
22-02-2018, 11:19 477 dəfə baxılıb

Oğrular yaxalandı - Qızıl, qoyun, pul...













Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bgörə, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanılıblar.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 25-dən fevralın 10-dək olan müddətdə şəhər ərazisindəki 5 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əziz Əsgərov saxlanılıb.

Fevralın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 515 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 25-də rayon ərazisindəki evlərin birindən 1000 manat, 5000 manat dəyərində qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rəsul Bəkirov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, digər 3 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı/xezerxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram