Əli Həsənovun daha bir nəvəsi qəza törədib ölümə səbəb oldu

Əli Həsənovun daha bir nəvəsi qəza törədib ölümə səbəb oldu













Bir neçə gün öncə baş nazirin müavini vəzifəsindən istefa vermiş Əli Həsənovun ailəsində ölümə səbəb olmuş yol qəzası baş verib.
Bu, həmin ailədə son iki ildə ikinci olaydır. Və yenə də yüksək sürət bir nəfərin həyatına son qoyub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin bu qəza barədə məlumatında hadisəni törədən şəxsin tam adı və avtomobilin nömrəsi göstərilməyib.

"DogruXeber.az" bildirir ki, Bizimyol.info-nun əldə etdiyi məlumata görə, hadisə oktyabrın 24-də saat 13 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşlarının ilkin rəyinə görə qəzaya yüksək sürət səbəb olub. Avtomobili saatda təxminən 170-180 kilometr sürətlə idarə edən İlkin Əliyev idarəetməni itirib.

İlkin Əliyev Baş nazirin sabiq müavini Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Mənbənin bildirdiyinə görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisidir. O vaxta qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini idi.
Əli Həsənovun daha bir nəvəsi qəza törədib ölümə səbəb oldu














2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu. 25 yaşlı Nail Allahverdiyev də yüksək sürətlə idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobili öncə qarşısındakı maşına çırpıb idarəetməni itirmişdi. Nəticədə “Gelandewagen” Heydər Əliyev prospektindəki digər yola çıxıb, üç piyadanı vurmuşdu. Daha sonra maşın aşıb yanmağa başlamışdı. Vurulan piyadalardan biri də ölmüş, Türkiyə vətəndaşları olan Mütəllib və Tekiş cütlüyü isə ağır xəsarət almışdı. Piyada ilə yanaşı, həmin vaxt Nailin yanında olan dostu da ölmüşdü.

Tarix:26-10-2019, 13:43 Baxış Sayı:84 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
14 dekabrda gözlənilən hava şəraiti
Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb
DSX: Bu il Ermənistanla sərhəddə 3 yeni hərbi hissə inşa olunub
DEPUTATIN İDDİASI RƏDD EDİLDİ - Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib?
“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq? – İki tanınmış şəxsin adı çəkilir
“Hüseyn Əli Həsənova nə qədər kömək eləyib” - Həbsdə olan keçmiş deputatın ANASI
Xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO
Azərbaycanlı icarə haqqına görə rusiyalı rəqibini güllələdi
“Eurohome”da sahibkarların yanan pullarını kim ödəyəcək? – ARAŞDIRMA
Prezident: "Nazirlərin hesabatlarından sonra yaşamaq istəmirəm"
Hazırda xəstəxanada həkim nəzarətindəyəm.
Zənurə Talıbovaya yeni vəzifə verildi - İİTKM-də təyinat
“Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
“Onun nəyinə “İmperator” deyirlər?” – Fazil Mustafadan sərt tənqid
Azərbaycanda işsizlərin rəsmi SAYI
“Laçın” istismara verildi - Prezident açılışda iştirak etdi - FOTOLAR
“Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri
Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi
Nazirliyin vətəndaşa qarşı ədalətsiz qərarı-VİDEO
Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək
Təhsil Nazirliyi: 3 müraciətə dair materiallar hüquq-mühafizə orqanlarına göndərilib
Respublikanın çaylarında mövcud vəziyyət
114 mindən artıq pirotexniki vasitə gömrükdən buraxılmadı
“Əbədi cavan” model cazibədarlığının sirrini açdı - FOTO
Pensiyalarla bağlı MÜHÜM YENİLİK - Qaydalar dəyişir, bu aydan etibarən...
“Millət vəkillərinə baxanda bu millətə yazığım gəlir...”
Azərbaycan nefti ucuzlaşdı
Bahalaşma: Siqaretlərin fantastik qiyməti... - “Parlament” 10 manat
Baş nazirdən mühüm SƏRƏNCAM
Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla