Xəstə özünü niyə Diaqnostika Mərkəzinin 5-ci mərtəbəsindən atıb? - Açıqlama

Xəstə özünü niyə Diaqnostika Mərkəzinin 5-ci mərtəbəsindən atıb? - Açıqlama













Respublika Diaqnostika Mərkəzi noyabrın 7-də özünü həmin müəssisənin 5-ci mərtəbəsinin pəncərəsindən yerə atan xəstə İlkin Gülməmmədovla bağlı məlumat yayıb.
"DogruXeber.az" bildirir ki, mərkəzdən verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də intihar cəhdləri qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən intihar halları isə 6,1% təşkil edir:

"Qeyd etmək istəyirik ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir. Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilmişdir".

Mərkəzin məlumatında qeyd edilib ki, xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüşüb. Onun yaxın günlərdə evə yazılması planlaşdırılırdı.

Xatırladaq ki, İlkin Gülməmmədov noyabrın 7-də müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Yeni Sabah

Tarix:8-11-2019, 11:31 Baxış Sayı:47 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)
DSX sərhədboyu ərazilərdə gizlədilmiş silahlar aşkarladı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla