“Baku Electronics” xarab məhsulu insanlara sataraq pul qazanır – FIRILDAĞIN DETALLARI (FOTOLAR)














“Baku Electronics” mağazalar şəbəkəsinin müştərisi həm vaxtını, həm də pulunu itirib.

Minval.info xəbər verir ki, iyul ayında “Baku Electronics”dən kofe üyüdən elektrik avadanlığını nağd ödənişlə alan Orxan Hacıəli adlı Bakı sakini buna bir müddət sonra peşman olub.

Belə ki, şikayətçinin sözlərinə görə, məhsul həmin mağazada olmadığı üçün başqa bir filiala müraciət edilib və onlara gətirilən avadanlıq verilib:

“Bizə avadanlığı təqdim etdilər və formal xarakter daşıyan zəmanət talonu yazıldı. Kofe üyüdən elektrik avadanlığını 1 gün sonra test etmək qərarına gəldikdə, bir qədər işlədikdən sonra dayandı. Məhsulu yenisi ilə əvəz etmək üçün geri gətirdik, yenisinin olmadığı, sonuncu məhsulu satış vitrinindən bizə təqdim olunduğu söylənildi. Diqqətinizə çatdırım ki, satış etik qaydalarına əsaslanaraq, vitrindən müştərinin razılığı olmadan qəti şəkildə məhsulu satmaq olmaz. Bu səbəblə servisə gondərəcəklərini söylədilər”.

Servisə göndərilən elektrik avadanlığı haqqında öyrənilən məlumat müştərini şoka salıb: “1 həftə sonra servisdən zəng gəldi və bizə bildirildi ki, məhsul işlək vəziyyətdədir, lakin bu avadanlıq bizim müraciətimizdən öncə bu servisdə artıq qeydiyyata düşüb. Yəni cihazda problem daha əvvəl varmış, onu servisə göndəriblər, təmir edilib, geri qaytarılıb.

Məhsul aldığımız filiala geri dönüb, yaranmış vəziyyəti izah edib, məhsulu geri qaytarmaq istəyimizi bildirdik və cavab olaraq bizə dedilər ki, “Qaytardığınız halda məhsul dəyərindən 40 faiz kəsiləcək”. Uzun mübahisədən sonra faiz dərəcəsini 25-ə qədər saldılar, baxmayaraq ki, məhsul 2 gün ərzində geri qaytarılıb. Bununla da razı olmadım və ərizə forması doldurub baş ofisə şikayətimi bildirdim”.

Bir neçə gün sonra bizimlə əlaqə saxlanılır və soylənilir ki, sizin şikayətiniz təstiqlənib və akt tərtib olunub, 2 gün sonra telefonunuza SMS gələcək, pulunuzu tam məbləğdə gəlib götürə bilərsiniz, amma elə olmur: “Beləliklə həmin 2 gün olur 10 gün, zəng edib bir daha maraqlanıram, yenidən bildirirlər ki, 2 gün ərzində SMS gələcək. 3 gün sonra bir daha narazı, aqressiv müştəri olaraq əlaqə saxlayıram, məni sakitləştirib yenidən 2 gün ərzində SMS gələcəyi barədə and verirlər.

Həmin 2 gün də olur 1 həftə, artıq zənglərimə qəti şəkildə cavab verilmir, 193 çəğrı mərkəzi hətta problemi aydınlaşdırandan sonra dəstəyi asır. Burada artıq prinsipial bir mənzərə yaranır, 2 gün sonra olan aviabiletimi təxirə salıb üz tutdum mərkəzi ofisə.

Müdiriyyət mənimlə danışmaqdan boyun qaçırdı, məsuliyyəti yıxdı servisin üzərinə, servis də müdiriyyətin… Bundan sonra müdiriyyət məsələnin həlli ilə bağlı məsuliyyəti yönləndirdi baş ofisin direktorunun üzərinə… Müdiriyyət məni 2-ci dəfə ərizə yazmağıma yola gətirdi və məsələnin müsbət həllini tapacağına əminlik verdi. Həm də vaxt təyin etdi ki, o vaxta qədər məsələ öz həllini tapacaq. Mən yenidən söz verildiyi günün axşam reysinə aviabilet aldım (Red – Şikayətçi Çində yaşayır). Nəhayət mənim telefonuma mesaj gəldi. Getdim ödənişi geri götürüm, amma məlum oldu ki, öncədən də nasaz olan, 2 gün belə istifadə etmədiyim məhsula ödədiyim pulun 25 faizi kəsilib”.

“Baku Electronics” nasaz olan məhsuldan belə öz pulunu qazanıb: “Nəzərinizə çatdırım ki, 25-30 faiz şirkətin məhsul üzərində olan gəliridir. Və bu yaranmış haldan belə qənaətə gəlmək olar ki, şirkət dələduzluq yolu ilə qazanacağı gəliri qazandı və həmin məhsul onların Nəriman Nərimanov filialındakı vitrinə qoyularaq öz novbəti şikar müştərisini gözləyir.

Mənim axşam reysinə aviabiletim var idi və təcili getmək məcburiyyətində idim. Buna görə də, bu prinsipial mübarizəni qazanan “Baku Electronics” oldu”.
“Baku Electronics” xarab məhsulu insanlara sataraq pul qazanır – FIRILDAĞIN DETALLARI (FOTOLAR)
“Baku Electronics” xarab məhsulu insanlara sataraq pul qazanır – FIRILDAĞIN DETALLARI (FOTOLAR)


Oxunub: 566

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər