Fiziki qüsurlu şəxslərin işlə təmin olunması… — Ekspert Nazirliyə təklif ÜNVANLADI

Fiziki qüsurlu şəxslərin işlə təmin olunması… — Ekspert Nazirliyə təklif ÜNVANLADI










Hər kəsə məlumdur ki, bu gün ölkəmizdə işsizlikdən əziyyət çəkən insanlar var. Sağlam həyat sürən insanlar bu problemlə mübarizə aparır və özünü hər hansı bir işlə təmin edir. Lakin fiziki imkanları məhdud olan insanlar bu problemdən daha çox əziyyət çəkir.



Nəzərə almaq lazımdır ki, hər bir fiziki qüsurlu şəxsin digər insanlarla birlikdə bərabər hüquqları var. Lakin bu gün əlillərin cəmiyyətə inteqrasiyasında ciddi problemlər mövcuddur. Ən böyük problemlərdən biri də onların məşğulluğudur. Belə ki, əlillərin işlə təmin olunması kvotası haqqında qanuna əsasən, bütün idarə və təşkilatlar əmək qabiliyyəti olan əlilləri işlə təmin etməyə məcburdurlar.



Bu gün bəzi fiziki imkanları məhdud olan şəxslər işlə təmin olunurlar. Lakin xüsusi vurğulamaq lazım olarsa, gözdən əlil insanlar məşğulluq problemi yaşayanlar arasında birincidir. Beləki gözdən əlil olan insanlara da digər fiziki qüsurlu şəxslər kimi ali təhsil almaq şəraiti yaradılıb, lakin onların işlə təmin olunması hələ də problem olaraq qalır. Bəs gözlərində problem olan şəxslərin sağlam həyat sürən insanlarla eyni ortamda işləməsi üçün şərait yarana bilərmi?



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Modern.az-a bildirib ki, bu sahədə artıq şərait yaradılır.



“Görmə qabiliyyəti zəif və məhdud olan vətəndaşların işlə təmin olunması həyata keçirilir. Onların fiziki imkanlarının yaxşılaşdırılması, iş yerlərində sərbəst şəkildə fəaliyyətinin təşkil edilməsi ilə bağlı həm bizim tərəfdən təbliğat və maarifləndirmə işləri gedir, həm də işə götürənlər tərəfindən müvafiq işlər görülür. Görmə məhdudiyyti olan bütün vətəndaşlar üçün belə şəraitlər yaradılıb və buna davam edilir. Yəni fiziki qüsurlu bütün insanlar hansı ixtisas üzrə ali təhsil alıblarsa o sahə üzrə də işləyə biləcəklər”.



Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, ölkə prezidenti yalnız görmə məhdudiyyəti olan şəxslərin yox, bütün əlillərin təhsil haqqının ödənilməsini öz üzərinə götürdü.

“Bu bir sosial aksiyaydı, ölkə prezidenti tərəfindən bununla bağlı sərəncam da imzalandı. Eyni zamanda burda əlilliyi olan şəxslər üçün məşğulluğun təmin edilməsi kimi ciddi bir problem ortaya çıxır. Sovet dönəmində görmə məhdudiyyəti olan insanlar üçün müəssisələr var idi ki, onlar orada istehsalla məşğul olurdu. Təəssüf ki, onlar 90-cı illərdən sonra dağıldı. İndi elə sosial müəssisələr yox dərəcəsindədir. Məşğulluğu necə təmin etmək olar? Birincisi, hamıyla bərabər rəqabətli əmək bazarında işləmək, ikincisi isə sosial müəssisələr yaratmaq kimi məsələləri həll etmək olar”.



Görmə məhdudiyyətli və digər fiziki qüsurlu şəxslərin işləməsi üçün Sahib Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sıra təkliflər irəli sürüb.



“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün müəssisələrdə araşdırma aparmalıdır ki, onlardan hansında görmə məhdudiyyətli şəxslər üçün müəssərlik var və həmin insular hamıyla bərabər rəqabətli əmək bazarında işləyə bilər. Sonra lazım gəlsə sosial müəssiəslər yaradılmalıdır. Üçüncüsü, görmə məhdudiyyəti olan təhsil almış şəxslər üçün özünü məşğulluq proqramına onları cəlb etmək olar. Təbii ki, Əmək Nazirliyi əlilliyi olan şəxsləri bu proqrama cəlb edir, amma bunun sferasını genişləndirmək olar. Məsələn, həmin şəxslər mikro sahibkarlıq işləriylə məşğul ola və aldıqları bilikləri də ora yönəldə bilərlər. Əgər məndən soruşsanız ki, ölkənin iş yerləri belə şəxslərin məşğulluğunu təmin etməyə hazırdırmı? Mən deyərdim ki, yox. Məsələn, götürək bizim kimi bir ölkə olan Xorvatiyanı…Xorvatiyada əlilliyi olan şəxslər üçün xüsusi fond yaradılıb. Orada əlillər və o cümlədən görmə məhdudiyyəti olan şəxslər tam sağlam insanlarla eyni müəssisələrdə çalışırlar. Təbii ki, fiziki qüsurlu şəxslərin sağlam insanların hasil etdiyi işə nisbətən zəifliyi olur. Məhz buna görə də həmin fond işə götürənə o pulu ödəyir”.

Tarix:30-11-2019, 10:08 Baxış Sayı:49 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
Deputat oğlunun həbs müddəti uzadıldı
Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatdı
Rafael Dadaşov palataya köçürülüb
Bakıda 11 dərəcə istilik olacaq — HAVA PROQNOZU
Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub - Nazirlik
İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir
Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDI
Seçkiyə qədər deputatlar maaş alacaq? - AÇIQLAMA
İş və istirahət günlərinin yeri dəyişdirilir - NK-dən QƏRAR
“Aprel şilləsi”ni unudan Anna Akopyan: İrəvanda xal qalmadı...
25 yaşlı gənc icra başçısının köməkçisi oldu - Foto
Mədət Quliyev generala vəzifə verdi
Daha iki icra başçısı vəzifədən azad ediləcək – Mənfi reputasiya...
Atəşkəs yenidən pozuldu
“Bibiheybətdəki sürüşən yolda tikintiyə hələ başlanılmayıb” - RƏSMİ
Paşinyanın arvadı həddini aşdı — Mehriban Əliyevanı Qarabağa dəvət etdi
“Uşağımı geri qaytarın!” - Qarabağda ölən erməni əsgərin yaxınları aksiya keçirdi
Penitensiar Xidmətin rüşvətdə ittiham olunan bölük komandirinə hökm oxunub
Tanınmış azərbaycanlı jurnalist əcnəbi xanımla evləndi – FOTO
"Tələbənin ölümü qida zəhərlənməsindən olmayıb" - AQTA sədri
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...”
Vilayət Eyvazov bu şəxsi rəis təyin etdi
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
Yasamalda binanın zirzəmisindən top mərmisi tapılıb (FOTO)
İctimai yerlərdə spirtli içki içmək qadağan edilir - 1 fevraldan qüvvəyə minir
Milli Məclis bu qanunları ləğv etdi
Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb — İDDİA
Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
Dollarlaşma, geyşa, popler, geyparad... – Dilimizə yeni sözlər daxil edildi
Vilayət Eyvazovdan yeni TƏYİNAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla