hadise
30.11.2019, 10:35
Qida Təhlukəsizliyi Agentliyi tələbələrin turşudan zəhərlənməsi ehtimalını araşdırır - RƏSMİ
Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun "NZS" adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb.
Agentlikdən DogruXeber.az-a verilən məlumata görə, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir:
"Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək"./Trend