hadise
4.12.2019, 13:10
28 yaşlı oğlan boğulub öldü - Daha bir dəm qazı faciəsi
Bakıda 28 yaşlı oğlan dəm qazından ölüb.
DogruXeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.
Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nurlan Dadaşov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (bakupost)