Bakıda siqaret istəmək adı ilə quldurluq edənlər saxlanıldı













Nəsimi rayonunda siqaret istəmək adı ilə zərərçəkənə yaxınlaşan və ona qarşı quldurluq edən 3 “dost” saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospekti 82 ünvanında Bakı şəhər sakini Elnur Niftullayevə qarşı quldurluq edilib. Hadisə zamanı naməlum şəxslər zərərçəkənə əvvəlcə siqaret isdəmək adı ilə yaxınlaşıblar. Daha sonra onu yaşayış binalarının arasına aparıb boğmağa cəhd edərək quldurluq yolu ilə zərərçəkəınin 500 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və içərisində 100 manat olan pul kisəsini ələ keçiriblər. Zərərçəkən hadisədən sonra Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinə məlumat verib. Dərhal əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib və iş üzrə E.Niftullayevin izahatı alınıb.

Nəsimi RPİ və 19-cu PŞ əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuşlar - paytaxt sakini Kamran Pirquliyev, Saatlı rayon sakini Qasım Əliyev və Xaçmaz rayon sakini Qərib Abdalov saxlanılıblar. Hər 3 şəxs ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, aralarındakı rol bölgüsünə əsasən hadisə zamanı əvvəlcə Qasım Əliyev zərərçəkənə yaxınlaşaraq ondan siqaret istəyib. Daha sonra Kamran Pirquliyev və Qərib Abdalov həmin şəxsə arxadan yaxınlaşaraq onun boğazından tutub zorakılıq hərəkətləri edərək ona müxtəlif bədən xəsarətləri yetirməklə zərərçəkənin üzərində olan qiymətli əşyaları və pulu tələb ediblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


Oxunub: 449

Son xəbərlər

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan nefti bahalaşdı

Xankəndidə silah-sursat aşkarlandı

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər