Yeni il axşamı 36 minlik oğurluq edən dəstə üzvləri saxlanıldı

Yeni il axşamı 36 minlik oğurluq edən dəstə üzvləri saxlanıldı










Sumqayıtda mənzildən Yeni il axşamı 31450 avro, 4300 ABŞ dolları oğurlayan dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "DogruXeber.az"a verilən məlumata görə, Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən ev sahibi dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən 31450 avro, 4300 ABŞ dolları, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı aparatın oğurlandığını bildirib. Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdiklərin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaş Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.

Daha sonra dəstə üzvləri məzilin qapısının üzərində barmalıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar. Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.

Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir./Yeni Sabah
Yeni il axşamı 36 minlik oğurluq edən dəstə üzvləri saxlanıldı
Yeni il axşamı 36 minlik oğurluq edən dəstə üzvləri saxlanıldı

Tarix:11-01-2020, 13:12 Baxış Sayı:62 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
Quda olan iki məmurun biznes və korrupsiya dosyesi - ŞOK!
Gələcəyimizi savadlı gənclərə etibar edək
Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox...
"Hər kəs ulduz ola bilməz"
Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?
Süd bioloji qocalmanı yavaşladır
18 yanvarda gözlənilən hava şəraiti
Bakı metrosunda yeniliklər olacaq - RƏSMİ AÇIQLAMA
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib
BNA bəzi avtobusların hərəkət trayektoriyasını dəyişəcək
"Xəzərlə Qara dəniz birləşdirilsin" - Nazarbayevdən TƏKLİF
Gülay Zeynallı gileyləndi: "Vaxtı çatanda biləcəksən"
“2.2 ton qida məhsulu məhv edilib” – AQTA sədri
Sürətlə hərəkət edən qatarın altına düşdü, hər iki ayağı qopdu
Bu il 7 min məcburi köçkün ailəsi - EV ALACAQ
Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı
"Nobel mükafatı Qorbaçovdan geri alınsın..." - Prezidentin köməkçisindən AÇIQLAMA
Putin Kadırova yüksək vəzifə təklif edib
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib
Bakıda sığınacağa yerləşdirilən lezbiyanla bağlı məsələ böyüyür: "6-cı sinifdə oxuyanda..." - TƏFƏRRÜAT
“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL
Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb
GÖYGÖLDƏ NARKOTİK SATAN VƏ ALAN ŞƏXLƏR SAXLANILIB
Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatdı
İtkin düşən azyaşlı qız qəfəsdə tapıldı - FOTO
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında - REYTİNQ
Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...
Bu tarixdə bütün sənədsiz evlərlə bağlı mühüm qərar veriləcək
Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla