Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda maşın aşdı, sürücünün meyiti...

18-06-2020, 11:50

Bakıda maşın aşdı, sürücünün meyiti...














İyunun 18-də gecə saat 1 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini 51 yaşlı Qəhrəman İmanovun idarə etdiyi “Azsamand” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilas etmə qüvvələri tərəfindən sıxılı vəziyyətdə qalan Q.İmanovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
(Lent.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram